AZ

17 işçi dəm qazından zəhərləndi

Uşakda bir tekstil fabrikində çalışan 17 işçi gecə saatlarında qəfil halsızlaşaraq xəstəxanaya aparılıb.

News24.az xəbər verir ki, onlarda qarın ağrısı, başgicəllənmə və qusma kimi şikayətlər yaranıb.

Hadisə Uşak Mütəşəkkil Sənaye Bölgəsində yerləşən fabrikin toxuculuq bölməsində baş verib.

Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən işçilərdən biri – 30 yaşlı G.K.-nın vəziyyətinin ağır olduğu bildirilib.

Hadisədən sonra AFAD qrupları fabrikdə ölçmələr aparıb və havadakı karbonmonoksit qazının 115-150 ppm arasında olduğu müəyyən edilib. Təhlükəsizlik məqsədilə fabrikin fəaliyyəti müvəqqəti dayandırılıb və hadisənin səbəbləri araşdırılır.

Selcan Aslan

Seçilən
35
news24.az

1Mənbələr