AZ

“Traktor” Bəhreyn klubuna səfərdə qalib gəldi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2024/25 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz təmsilçisi turnirin 1/8 final mərhələsi çərçivəsində Bəhreynin “Əl-Xalidiya” klubu ilə qarşılaşıb.

“Traktorçular” səfərdə baş tutan bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıblar. Qarşılaşmada hesabı 48-ci dəqiqədə meydan sahibləri açıblar. Amma ruhdan düşməyən təbrizlilər bu qola dərhal cavab veriblər. 50-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə hesabı bərabərləşdirib. Bundan 5 dəqiqə sonra isə Domaqoy Drozdek Cənubi Azərbaycan təmsilçisinin qələbə qoluna imza atıb.

Bu komandalar arasındakı cavab qarşılaşması fevralın 18-də Təbrizdə keçiriləcək.

Xatırladaq ki, “Traktor” İran çempionatında uğurlu mövsüm keçirir. Komanda hazırda 19 oyuna topladığı 41 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb.

Təbriz klubu çempionatdakı növbəti matçını fevralın 22-də evdə “Xeybər Xorramabad” komandasına qarşı keçirəcək.

Seçilən
21
arena.az

1Mənbələr