AZ

Hamburqda sərnişin qatarı qəzaya uğrayıb, bir nəfər həlak olub

Berlin, 12 fevral, AZƏRTAC

Almaniyanın Hamburq şəhərində şəhərlərarası sürət qatarı (ICE) dəmir yolu keçidində yük avtomobili ilə toqquşub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qəza nəticəsində bir nəfər hadisə yerində həlak olub, 25 nəfər xəsarət alıb. Xəsarət alanlardan altısının vəziyyəti nisbətən ağırdır.

Sərnişin qatarı toqquşmadan sonra yük avtomobilini özü ilə bir qədər sürükləyib. Yük maşınının sürücüsü son anda avtomobildən tullanaraq xilas ola bilib.

Hamburqdan Münxen istiqamətində hərəkət edən qatarda 291 sərnişin olub.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
7
3
azertag.az

4Mənbələr