AZ

Yeni epidemiya: bu bölgələrə giriş və çıxış BAĞLANDI

Türkiyənin Hatay vilayətində quş qripi hadisələri artmağa davam edir. Son olaraq Antakya rayonunun Paşaköy kəndində çox sayda ev quşunda virus aşkar edilib. Kənddə fövqəladə karantin tədbirləri tətbiq olunub!

338 Quş Məhv Edildi!

Paşaköy kəndində kümes sahibi Abdullah Duman (70) ev quşlarında naməlum xəstəlik əlamətləri müşahidə etdikdən sonra rəsmi qurumlara müraciət edib. Hadisə ilə bağlı dərhal mütəxəssislər tərəfindən araşdırma aparılıb. Kənddən götürülən nümunələr Adana Baytarlıq Nəzarət İnstitutuna göndərilib və nəticələr müsbət çıxıb.

Sürətlə yayılmasının qarşısını almaq üçün 338 quş xüsusi mütəxəssislər tərəfindən məhv edilib.

Kənd Karantinə Alındı!

Hadisənin ciddiliyi nəzərə alınaraq Antakya Səhiyyə İdarəsi, Jandarma Komandanlığı və bələdiyyə orqanları təcili tədbirlər görüb. Paşaköy kəndinin giriş və çıxışlarına karantin elan edildiyini bildirən lövhələr yerləşdirilib.

 Abdullah Duman bildirib ki, ölən quşlar xüsusi çuxurlara basdırılıb və ətraf mühitin təhlükəsizliyi üçün kireçlə örtülüb.

Vüsal Orucov

Quş qripi nə qədər təhlükəlidir?

Quş qripi insanlar üçün təhlükəli ola bilər. Yoluxma ehtimalını azaltmaq üçün xüsusilə çiy quş əti və yumurtadan istifadə edərkən diqqətli olmaq, gigiyena qaydalarına əməl etmək vacibdir.

Seçilən
4
bakuinfo.net

1Mənbələr