AZ

Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə medal qazandı

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb. Azərbaycan Taekvondo Federasiyasından Metbuat.az-a verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.

Seçilən
28
11
metbuat.az

10Mənbələr