AZ

Sabiq müdafiəçisini Premyer Liqa klubundan icarəyə götürdü

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisinin yetirməsi İbrahim Ramazanov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

20 yaşlı müdafiəçi “Turan Tovuz”dan icarəyə götürülüb. İcarə müddəti 1,5 il olan Ramazanov 2026-cı ilin yayına qədər “qırmızı-qara” formada çıxış edəcək.

İbrahim 2023/24 mövsümündə “Qəbələ”də 4 oyun keçirib.

Seçilən
6
sportinfo.az

1Mənbələr