AZ

İsrail ordusu Qəzza ətrafında döyüş hazırlığını artırıb

Fələstinin HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv döyüşləri bərpa edəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərar belədir: HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS-ın tam məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək", - o, hökumətin dörd saat davam edən iclasından sonra deyib.

Lakin Netanyahu İsrailin şənbə gününə qədər neçə girovu azad etməyi tələb etdiyini dəqiqləşdirməyib.

İsrail ordusu cənub istiqamətində döyüş hazırlığının artırılmasını və "müxtəlif ssenarilər" baş verəcəyi təqdirdə oraya əlavə qüvvələrin köçürüləcəyini açıqlayıb.

Seçilən
14
2
hakimiyyet.az

6Mənbələr