AZ

Sumqayıtdakı ağır qəzada 4 nəfər YARALANDI

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, şəhərin Sahil küçəsində “Opel” və “Renault” markalı avtomobillər toqquşub.

 

Qəza nəticəsində 4 nəfər xəsarət alıb, yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

 

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1987, 1988, 1997 -ci il təvəllüdlü 3 şəxs (kişi cinsli) və 1987-ci il təvəllüdlü 1 şəxs (qadın cinsli) hospitalizasiya olunublar.

 

Müxtəlif bədən xəsarətləri alan şəxslərə təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Seçilən
20
17
modern.az

10Mənbələr