AZ

İsrail ordusu Qəzza ətrafında döyüş hazırlığını artırıb

İsrail ordusu ölkənin Qəzza zolağına bitişik ərazilərinə nəzarət edən Cənub Komandanlığının döyüş hazırlığının artırılmasını və müxtəlif ssenarilər halında oraya əlavə qüvvələrin köçürüləcəyini açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Qoşunlara əlavə qüvvələrin göndərilməsi və ehtiyatda olan şəxslərin səfərbərliyi müxtəlif ssenarilərə hazırlıq çərçivəsində həyata keçirilir”, - məlumatda deyilir.

Xatırladaq ki, bir gün əvvəl HƏMAS nümayəndələri İsrail tərəfini Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşmanın şərtlərini pozmaqda ittiham edərək, məhbusların azad edilməsi prosesinin dayandırdığını bəyan ediblər.

Seçilən
8
2
report.az

6Mənbələr