AZ

Coşqun Diniyevdən Türkiyədə möhtəşəm debüt: 2 qol vurdu

18:30 11.02.2025
18:30 11.02.2025

Azərbaycan millisinin üzvü Coşqun Diniyev Türkiyənin "Çorum" klubunda debüt matçında möhtəşəm çıxışı ilə diqqət çəkib.

Mynews.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Türkiyə I Liqasının 24-cü turunda baş tutan "Yeni Malatyaspor"la görüşdə komandasının hər iki qolunu vuraraq "Çorum"a 2:0 hesablı qələbə qazandırıb.

Bu nəticə ilə xallarını 38-ə yüksəldən "Çorum" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və Superliqaya yüksəlmək uğrunda mübarizəsini davam etdirir.

Qeyd edək ki, Coşqun Diniyev qış "transfer pəncərəsi"ndə "Bandırmaspor"dan ayrılaraq "Çorum" klubuna keçib.


Seçilən
15
1
mynews.az

10Mənbələr