AZ

Rusiyanın məşhur aparıcısı iflic olub

Rusiyanın məşhur aktyoru və teleaparıcısı Sergey Beloqolovtsev qarşıdakı bütün tamaşalarda iştirakını ləğv edir. Sənətçi keçirdiyi insultdan yaranan problemlərə görə əlil arabasına məhkumdur.

SİA xəbər verir ki,Telegram-ın Mash təbliğat kanalının məlumatına görə, 60 yaşlı şoumen 2024-cü ilin avqustunda qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib.

Qarnındakı yırtıq götürüləndən bir-iki gün sonra yaxınları onuyerdə uzanmış vəziyyətdə tapıblar. Rusiyalı təbliğatçıların sözlərinə görə, komediyaçının beyin damarlarından qan laxtaları çıxarılıb. Bundan sonra o, özəl klinikada iki ay reabilitasiya keçirib.

İlin sonunda, noyabrda aktyor qaraciyərində, dekabrda isə appendisit səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.Teleaparıcı hazırda zəifdir, bədəni “itaətsiz”, sol qolu və ayağı iflicdir.

…Aktyorun qohumları ona gəzməyə kömək edirlər. Nümayəndəsinin dediyinə görə, aktyorun səhhəti hələ ki, tamaşalarda iştirak etməyə imkan vermir.

Bunu rus təbliğatçıları yazır.

Nazlı Almuradova

Seçilən
13
sia.az

1Mənbələr