AZ

Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə medal qazandı

01:11 12.02.2025
01:11 12.02.2025

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından Mynews.az-a verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.

O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.


Seçilən
13
11
mynews.az

10Mənbələr