AZ

Bolqarıstanın hərbi təyyarəsi eniş edərkən təkər partlayıb

16-cı aviabazanın PC-12 təyyarəsinin Sofiya hava limanına enərkən əsas şassəsində təkər partlayıb.

Ucnoqta.az xəbər verir ki, Bolqarıstanın Müdafiə Nazirliyi çərşənbə axşamı Sofiya hava limanında PC-12 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı insident barədə məlumat verib.

Məlumata görə, ekipaj xəsarət almayıb.

Hava limanı bir neçə dəqiqəlik bağlanıb. Hava bazası, Sofiya hava limanı və hava hərəkətini idarə edən texniki işçilərin koordinasiyalı tədbirləri sayəsində təyyarə uçuş-enmə zolağından çıxarılıb, bundan sonra uçuşlar bərpa edilib. 

Seçilən
14
ucnoqta.az

1Mənbələr