AZ

Türkiyənin dörd şəhərində məktəblər bağlandı

Türkiyəyə təsir edən soyuq hava və qar səbəbindən İstanbul, Samsun, Kahramanmaraş və Tekirdağ şəhərlərində məktəblər bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

İstanbul valisi Davud Gül sosial media hesabından verdiyi açıqlamada hava şəraitinin həyata mənfi təsir etdiyini bildirib:

Bu səbəbdən 12 Fevral 2025-ci il İstanbul daxilindəki bütün təhsil müəssisələrində təhsil bir gün müddətinə dayandırıldı. Digər tərəfdən, dövlət müəssisə və təşkilatlarında çalışan əlillər, xroniki xəstəlikləri olanlar və hamilə qadınlar da bir günlük icazəlidirlər”.

Seçilən
16
qafqazinfo.az

1Mənbələr