AZ

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

“Report”un məlumatına görə, Fransanın PSJ klubu səfərdə Liqa 1-in digər təmsilçisi “Brest”lə üz-üzə gəlib və oyun Paris klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərənin “Mançester Siti” komandası evdə İspaniya “Real”ını, “Yuventus” (İtaliya) isə PSV-ni (Niderland) qəbul edib. Almaniya təmsilçisi “Borussiya” (Dortmund) səfərdə “Sportinq”lə (Portuqaliya) qarşılaşıb.

Oyunların nəticələrinə görə, “PSJ”, “Borussiya”, “Mançester Siti” və “Yuventus” komandaları meydandan qalib ayrılıblar.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

“Brest” (Fransa) – “PSJ” (Fransa) - 0:3

“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:3

“Yuventus” (İtaliya) – “PSV” (Niderland) - 2:1

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu bu gün keçiriləcək.
Seçilən
26
12
sherg.az

10Mənbələr