"Qarabağ" Premyer Liqanın XXII turunun bağlanış oyununda "Səbail"i böyük hesabla məğlub edib.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda rəqibini 5:0 hesabı ilə üstələyib.
Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76-p.), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqlənib.
"Köhlən atlar" 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
“Qarabağ” – “Səbail” 5:0
Qollar: Yassin Benzya, 76. Leandro Andrade, 80; 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.