Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib.
“Report” xəbər verir ki, bunu ABŞ hökumətinin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bəyan edib.
“USAİD-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək, yoxlamalara tab gətirməyən şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı”, - deyə o qeyd edib.
O, təfərrüatları açıqlamayıb və söhbətin hansı ölkələrdən getdiyini bildirməyib: “İnvestisiya gəliri baxımından deyərdim ki, ümumiyyətlə, həmişə çox yaxşı olmayıb. Agentlik səriştəsiz və çox korrupsionerdir”.