AZ

İsrail ordusu Qəzza ətrafında HƏRƏKƏTƏ KEÇDİ

İsrail ordusu ölkənin Qəzza zolağına bitişik ərazilərinə nəzarət edən Cənub Komandanlığının döyüş hazırlığının artırılmasını və müxtəlif ssenarilər halında oraya əlavə qüvvələrin köçürüləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Qoşunlara əlavə qüvvələrin göndərilməsi və ehtiyatda olan şəxslərin səfərbərliyi müxtəlif ssenarilərə hazırlıq çərçivəsində həyata keçirilir”, - məlumatda deyilir.

Seçilən
9
2
publika.az

6Mənbələr