![Diabetin xəbərçisi ola bilər:](https://e-saglam.az/storage/news/middle/images/2025/2/diabetin-el-ve-ayaqda-gorunen-elameti.webp)
Diabet, qanda şəkərin yüksək olması ilə xarakterizə olunan və müxtəlif fəsadlara səbəb ola bilən xroniki bir xəstəlikdir.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, əllərdə və ayaqlarda meydana çıxan bəzi əlamətlər diabetin göstəricisi ola bilər və erkən diaqnoz üçün vacibdir. Aşağıdakı simptomlara diqqət yetirmək məsləhətdir:
Quru və çatlamış dəri: Xüsusilə ayaq barmaqları və daban ətrafında quru və çatlamış dəri diabetlə əlaqəli ola bilər.
Uyuşma hissi: Əllərdə və ayaqlarda davamlı karıncalanma və ya uyuşma hissi sinir zədələnməsinin (neyropatiya) əlaməti ola bilər.
Artan həssaslıq: Əllərdə və ayaqlarda həssaslığın artması, toxunma və ya təzyiqə qarşı həddindən artıq reaksiya ilə müşahidə edilə bilər.
Gec sağalan yaralar və infeksiyalar: Kiçik yaraların və kəsiklərin normaldan daha yavaş sağalması və tez-tez infeksiyaların baş verməsi diabetin göstəricisi ola bilər.
Döyənəklər: Ayaqlarda döyənəklərin əmələ gəlməsi və dərinin qalınlaşması diabetlə əlaqəli ola bilər.
Bu əlamətləri müşahidə edirsinizsə, vaxtında həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz və müalicə gələcəkdə yarana biləcək ciddi fəsadların qarşısını almağa kömək edir.
Bu məqalə yalnız ümumi məlumat məqsədləri üçün yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir. Sağlamlığınızla bağlı hər hansı narahatlığınız varsa, həkiminizlə məsləhətləşin.
Tərcümə: Könül Oruc