“Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin Ramazan ayı ilə əlaqədar 35 nəfərlik iftar süfrəsinin təşkil edilməsi ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Məbləğ 1 225 AZN olub.
Cabir Həsənov
Tarix: 12 Fevral 2025, 08:09