ABŞ lideri Donald Tramp deyib ki, o, Ukrayna münaqişəsinin həllində “böyük irəliləyiş” görür...
Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə məlumat verib.
“Düşünürəm ki, biz çox böyük irəliləyiş əldə etmişik”, deyə Tramp bildirib.
Fevralın 8-də Tramp “New York Post” qəzetinə deyib ki, Ukrayna münaqişəsini müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə telefonla danışıb. Ağ Ev rəhbəri döyüşlərə son qoymaq üçün konkret planının olduğunu və tezliklə nizamlanmaya ümid etdiyini bildirib. Tramp həmçinin Putinlə həmişə yaxşı münasibətdə olduğunu qeyd edib və Rusiya liderinin münaqişəni dayandırmaq istədiyini bildirib.
Poliqon.info