ABŞ Prezidenti Donald Tramp Rusiyada narkotik qaçaqmalçılığı və saxlama ittihamı ilə məhkum edilmiş amerikalı diplomat Mark Vogelin azadlığa buraxılmasına görə Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Mən onun etdiyinə görə çox minnətdaram... Biz prezident Putinin etdiklərini yüksək qiymətləndiririk", - Tramp bildirib.
Ağ Evin rəhbəri vurğulayıb ki, Vogelin azadlığa buraxılması ilə bağlı razılaşma “çox ədalətli və ağlabatandır”.