AZ

Qısqanclıq zəminində qonşusunu bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ehtiram Cavadovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

 

İttihama görə, hadisə 25 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala yolunun kənarında qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü Ehtiram Cavadov qısqanclıq zəminində qonşusu, 1995-ci il təvəllüdlü Fərrux Babayevi bıçaqlayıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa təqdim edilib.

 

Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 12 Fevral 2025, 08:50   
Seçilən
46
pravda.az

1Mənbələr