Bakı. Trend:
Ağdaşda xırdabuynuzlu heyvanların örüş sahəsindən naməlumşəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumatdaxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən,əvvəllər də məhkum olunmuş 34 yaşlı Elcan Musayev və 29 yaşlı ArazMansırov saxlanılıb. Onlar oğurladıqları heyvanları Bakı şəhərinəapararaq orada restoranlardan birinə satdıqlarını bildiriblər.Araşdırmalarla E.Musayevin Gədəbəy rayonunda törətdiyi analojiəməlinə görə axtarışda olduğu müəyyən edilib.
Polis əməkdaşlarının rayon ərazisində narkotik vasitələrinqanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar nəticəsindəisə 5 nəfər – Aqşin Əzizov, Hafiz Paşayev, Namiq Abidov, TərlanMikayılov və Müşviq İbrahimov saxlanılıb. Onlardan çəkisi 2kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davametdirilir.