UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Madridin "Real" klubu tarixi rekorda imza atıb. Offsideplus.az xəbər verir ki, Karlo Ançelottinin komandası İngiltərədə yerli "Mançester Siti"yə qalib gəlməklə (3:2), qitənin ən nüfuzlu yarışında 300-cü qələbəsini gerçəkləşdirib Bu göstəricidə ikinci yeri Münhen "Bavariya"sı tutur - 241 qələbə. "Barselona"nın hesabında isə 209 qalibiyyət var.
Yeri gəlmişkən, doğma divarlar arasında azarkeşlərini məyub edən "Mançester Siti" üstəlik antirekordla "fərqlənib". "Şəhərlilər" baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında ilk dəfə qapılarına 20 zərbə vurulmasına imkan veriblər. "Real"ın bu cəhdlərindən 8-i "çərçivə"yə düşüb.