AZ

Britaniya polad tarifləri ilə bağlı ABŞ ilə əməkdaşlığa hazırdır

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın qlobal polad tarifləri qərarından sonra Vaşinqtonla əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb. 

“The Independent” yazır ki, Britaniyanın ticarət naziri Duqlas Aleksandr bildirib ki, London hər iki tərəfin maraqlarına uyğun həll yolları tapmaq üçün dialoqa açıqdır.

Xatırladaq ki, Ağ Ev polad idxalına 25 faiz, alüminiuma isə əlavə rüsumlar tətbiq etməyi planlaşdırır. Britaniya hökuməti ABŞ ilə xüsusi münasibətlərin çox yaxşı olduğunu vurğulasa da, yerli polad sənayesinin bu tariflərdən ciddi təsirlənəcəyinə dair narahatlıqlar artır.

Eyni zamanda, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Trampın qərarını əsassız adlandıraraq, Aİ-nin bunu cavabsız buraxmayacağını bildirib.

Seçilən
25
1
xezerxeber.az

2Mənbələr