AZ

Çindəminik avtomobili satışı azalıb

2025-ci ilin yanvar ayında Çində 1 milyon 794 min ədəd minik avtomobili satıb ki, bu da illik müqayisədə 12,1% və aylıq müqayisədə 31,9% azdır.

Marja.az Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatına istinadən xəbər verir ki, aylıq azalma tempi (31,9%) 2023-cü ilin yanvarındakı 41% azalmadan sonra ikinci ən böyük azalma nisbətidir. Məlumat üçün bildirək ki, ötən ay Çində 2 milyon 107 min ədəd minik avtomobili istehsal edilib.

Yanvarda satılan sedan, universal və yolsuzluq avtomobillərinin sayı müvafiq olaraq 826 000, 78 000 və 889 000 ədəd olub. 

Qışın əvvəlindən bəri Çinin şərq hissəsində anormal şimal küləklərinə səbəb olan La Nina-nın ortaya çıxması, havanın soyuması avtomobilə tələbatın azalmasına səbəb olub.

Əvvəlki illərlə müqayisədə Çin Yeni ilinin erkən başlaması ilə əlaqədar olaraq, bir çox istehlakçı avtomobilini 2024-cü ilin sonunda dəyişdirib.

Bundan əlavə, yerli Çin markaları illik müqayisədə 2% və aylıq müqayisədə 33% az olmaqla 1,09 milyon ədəd avtomobil satıb. 

çin_avtomobilləri
Seçilən
4
marja.az

1Mənbələr