AZ

Çempionlar Liqasında bu gecəki oyunların nəticələri

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

QOL.az xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçirilib.

Günün maraqla gözlənilən oyunlarından biri İngiltərədə olub. Erkən final da adlandırılan matçda "Mançester Siti" "Real"ı qəbul edib. Görüşdən Madrid təmsilçisi qalib ayrılıb. "Real" qələbə qolunu 90+2-ci dəqiqədə vurub.

PSJ səfərdə "Brest"i məğlub edib. "Yuventus" PSV-ni, Dortmund "Borussiya"sı isə "Sportinq"i üstələyib.

Bu komandalar arasında cavab oyunları fevralın 19-da keçiriləcək.

Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

11 fevral

00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:3

Qollar: Haaland, 19, 80-pen. - Mbappe, 60, Diaz, 86, Bellinqem, 90+2

00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland) - 2:1

Qollar: Makkenni, 34, Mbanqula, 82 - Perişiç, 56

00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3

Qollar: Jurassi, 60, Qrob, 68, Adeyemi, 82

21:45. “Brest” (Fransa) – PSJ (Fransa) - 0:3

Qollar: Vitinya, 21-pen; Dembele, 45, 68

12 fevral

21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya)

00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)

00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)

00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya)

Seçilən
11
5
teleqraf.com

10Mənbələr