AZ

“Yaxşı ki, gəlmisən, Diniyev”

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 24-cü tur çərçivəsində öz meydanlarında autsayder, heyəti daha çox gənc futbolçulardan təşkil edilən “Yeni Malatyaspor"u qəbul edib. 

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, bu matçın qəhrəmanı olub. Azərbaycanlı futbolçu "Çorum"un hər iki qolunu vurub və komandasına qələbə qazandırıb. 

Bu qələbə sayəsində “Çorum” xalını 38-ə qaldırıb, turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Komanda Türkiyə superliqasında iştirak üçün yarışır.

Çorumun yerli nəşrləri komandanın dünənki qələbəsinə yer veriblər. Bu zaman isə 30 yaşlı azərbaycanlı futbolçuya xüsusi diqqət yetirilib.

“Kesin Karar” qəzeti oyunla “Yaxşı ki, gəlmisən, Diniyev” başlığı verib.

“Yaylahaber.com.tr” saytı isə qələbə xəbərinə “Coşqun Diniyevdən möhtəşəm performans” sərlövhəsi ilə yayımlayıb.

Əlavə edək ki, mövsümün ilk hissəsini “Bandırmaspor”da keçirən Diniyev bu mövsüm 1-ci liqaqa 22 oyun keçirib, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr