Bakı. Trend:
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilənəməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən beş evdənoğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş MirzağaQasımov saxlanılıb.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, onun evlərdən 53000 manat dəyərində qızıl-zinətvə məişət avadanlıqları oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Qasımov barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.