AZ

Azərbaycan neftinin qiyməti 79 dollara çatır

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,11 ABŞ dolları və ya 1,42% artaraq 78,98 dollar/barel təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,03 dollar və ya 1,34%bahalaşaraq 77,54 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,96 dollar və ya 1,57% artaraq 62 dollar/barelə bərabərolub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 0,9 dollar və ya 1,18%artaraq 77,03 dollar/barel təşkil edib.

Fevralın 12-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Seçilən
10
12
az.trend.az

10Mənbələr