AZ

ÇL: “Siti” öz evində “Real”a uduzdu – Bütün nəticələr


Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda (1/8 finala vəsiqə uğrunda) son çempion “Real Madrid” İngiltərədə Premyer Liqa çempionu “Mançester Siti” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, hesabı 19-cu dəqiqədə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland açıb.
60-cı dəqiqədə "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe bərabərliyi bərpa edib. 80-ci dəqiqədə Erlinq Haaland “Mançester Siti”nin ikinci qolunu bu dəfə penaltidən vurub.
Mərakeşli yarımmüdafiəçi Braim Diaz “Kral klubu”nun ikinci qolunu 86-cı dəqiqədə vurub. Qələbə qolunu isə əlavə vaxtda ingilis yarımmüdafiəçisi Cud Bellinqhem vurub.
Pley-off mərhələsi çərçivəsində ötən gecə baş tutan digər görüşdə Dortmund “Borussiya”sı Portuqaliyada “Sportinq”i 3:0 hesabı ilə məğlub edib.
Turin “Yuventus”u Hollandiyanın “PSV Eyndhoven” klubunu qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Həmçinin Fransa çempionu PSJ Fransanın “Brest”i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Seçilən
8
yeniavaz.com

1Mənbələr