“Yolda törətdiyiniz qayda pozuntusu təkcə sizi deyil, hər kəsi təhlükəyə atır”.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial şəbəkə hesabında görüntü paylaşaraq bu sözlərlə hərəkət iştirakçılarına çağırış edib.
R.Tağıyev sürücülərə yolda olarkən daha diqqətli olmalarını, qaydalara riayət etmələrini və sürət həddini aşmamalarını tövsiyə edib.
O, ağır qəzaların baş verməməsi üçün yolda “avtomobil mənimdir”, “həyat mənimdir”, “özüm bilərəm” düşüncəsi kimi fikirlərdən qaçınmağı sürücülərin diqqətinə çatdırıb.
Namiq Musayev