Bu ilin yanvar ayında Azərbaycanda ən çox şikayət olunan banklar məlum olub.
Valyuta.az xəbər verir ki, ilin ilk ayında ən çox şikayət olunan bank 2.92 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” olub.
Şikayətlərin sayına görə qırmızı zolağa düşən digər bir bank isə “Yelo Bank” olub. Bankın şikayət indeksi 2.73 bənd təşkil edib.
Ötən ay Mərkəzi Banka haqqında ən az şikayət edilən bank isə 0.20 indeksi ilə “PAŞA Bank” olub.
Qeyd edək ki, 6 bank şikayət indeksi üzrə sari zolaqda, 10 bank isə yaşıl zolaqda yer alıb.
Ümumilikdə, Mərkəzi Bank şikayət indeksini açıqlasa da, banklardan şikayətlərin əsasən nə ilə bağlı olduğunu açıqlamır.