AZ

​"Fənərbaxça" yeni transfer etdiyi futbolçunu göndərdi

"Fənərbaxça" braziliyalı hücumçunu transfer edib. Metbuat.az xəbər verir ki, "Fənərbaxça" "Vasko da Qama"da çıxış edən istedadlı hücumçu Qabriel Souza da Silvanı heyətinə qatıb. Türkiyə mediasının məlumatına görə, futbolçunu transfer edən "Fənərbaxça" onu icarəyə göndərib. Bildirilir ki, futbolçu mövsümün sonuna qədər icarə əsasında “Kasımpaşa”da çıxış edəcək. "Fənərbaxça" və futbolçu arasında əldə edilən razılaşmaya əsasən hücumçu ilə yeni mövsümdən başlamaq şərtilə 5 illik müqavilə imzalanacaq. Türkiyə nəhənginin futbolçu üçün ödədiyi transfer məbləği açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının qaydalarına əsasən, klub heyətinə 14 əcnəbi futbolçu cəlb edə bilər. Bundan əvvəl, “Fənərbaxça” "Srvena Zvezda"dan transfer etdiyi gənc sağ cinah müdafiəçi ilə 4,5 illik müqavilə imzalayıb. Klub bu futbolçunu əcnəbi oyunçu limitinə görə oynamaq imkanı əldə edə biləcəyi komandaya icarəyə vermək istəyir.

Seçilən
22
metbuat.az

1Mənbələr