AZ

Rusiya banklarında qızıl ehtiyyatı iki dəfə azaldı

Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin sonuna qədər Rusiyada bankların fiziki qızıl ehtiyatları kəskin şəkildə azalaraq 40 tondan aşağı düşüb. Bu, 2023-cü ilin payızındakı üç illik pikdən bəri ən aşağı səviyyədir.

Hafta.az-ın yazdığına görə, Rusiya Mərkəzi Bankının yanvarın 1-nə olan məlumatında deyilirki, banklarda 38,1 ton qızıl var, bu da 2023-cü ilin payızındakı səviyyənin yarısıdır.

Qızıl ehtiyatlarındakı azalma 2022-ci ilin iyul ayında yaşanan böhran və sanksiyalar səbəbindən baş vermiş oxşar vəziyyəti xatırladır. Həmin dövrdə Rusiya bankları qızıl ixracını artırmaqla qızıl hasil edən şirkətlərin və emal müəssisələrinin ehtiyaclarını ödəməyə başladılar.

2024-cü il ərzində qiymətli metallar hesablarındakı qalıqlar 23,6 faiz azalaraq 325,4 milyard rubl təşkil edib. Fiziki qızıla gəldikdə isə azalma 46,4 faiz təşkil edib. Bu, 2020-ci ildə böhran və pandemiya dövrünə bənzər bir azalma göstərir.

Ekspertlər qızıl ehtiyatlarının azalmasının bankların hesabat tərzi ilə bağlı ola biləcəyinə diqqət çəkirlər. Yüksək faiz dərəcələri və qızılın qiymətinin artması səbəbindən banklar qızılı daha sürətli alıb satmaqla səhmin tez çevrilməsinə üstünlük verirlər. Bu, qızılın miqdarının yalnız müəyyən hesabat tarixləri ilə müqayisədə azaldığını göstərir.

2024-cü il ərzində qızılın qiyməti 27 faiz artaraq onu əmtəə bazarında ən gəlirli məhsullardan birinə çevirib. Dünya Qızıl Şurasının məlumatlarına görə, qızılın qiymətləri 2024-cü ildə 40 dəfə rekord qırıb.

Seçilən
11
hafta.az

1Mənbələr