2024-cü ildə Azərbaycanda könüllü sığorta üzrə ödənişlərin həcmi də 27,9% artaraq 613 milyon 16 min manata çatıb.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqına 60,6 manat ödəniş edildiyini göstərir.
Müqayisə üçün, 2023-cü ildə bu göstərici 54 manat idi.
Fuad Mədətov
Finss.az