İzmirdə cinayətkar dəstəyə qarşı “Hücrə-11" əməliyyatı keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerliqaya X hesabında məlumat yayıb.
O bildirib ki, əməliyyat çərçivəsində 23 nəfər şübhəli şəxs qismində saxlanılıb:
“Şübhəlilər zərərçəkmişlərin zor gücü ilə çek və veksellərini, bundan başqa əmlaklarını ələ keçiriblər. Onlara təzyiq göstəriblər. Bu yolla, təxminən, 30 milyon lirə qazanıblar".