AZ

Neftimizin qiyməti 79 dollara qədər ARTIB

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,42 % artaraq 78,98 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
16
49
modern.az

10Mənbələr