Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Metbuat.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçiriləcək."Atalanta" "Brügge"nin qonağı olacaq. "Monako" evdə "Benfika" ilə qarşılaşacaq."Bavariya" səfərdə "Seltik"lə üz-üzə gələcək. "Milan" isə Niderlandda "Feyenoord"u sınağa çəkəcək.Bu komandalar arasında cavab matçları fevralın 18-də keçiriləcək.Qeyd edək ki, pley-off mərhələsinin ilk 4 oyunu ötən gecə olub.Əlavə edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də keçiriləcək. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.12 fevral21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya)00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya)11 fevral“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:3“Yuventus” (İtaliya) – PSV (Niderland) - 2:1“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3“Brest” (Fransa) – PSJ (Fransa) - 0:3