Bu gün Çempionlar Liqasında pley-offun ilk oyunlarına yekun vurulacaq.
İdman.biz xəbər verir ki, mərhələnin ikinci günündə 4 matç baş tutacaq.
İtaliya klubları “Atalanta” və “Milan” səfərdə müvafiq olaraq “Brügge” ilə “Feyenoord”la qarşılaşacaq. “Bavariya” “Seltik”in qonağı olacaq. “Monako” isə “Benfika”nı qəbul edəcək.
Qeyd edək ki, pley-offun cavab görüşləri fevralın 18-19-da keçiriləcək.
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
12 fevral
21:45. “Brügge” – “Atalanta”
00:00. “Feyenoord” – “Milan”
00:00. “Seltik” – “Bavariya”
00:00. “Monako” – “Benfika”
İdman.biz