Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinq cədvəli açıqlanıb.
Msport.az xəbər verir ki, keçirilən matçlar 4 ölkənin xal ehtiyatını artırmasına yol açıb.
Belə ki, təmsilçiləri qələbə qazanan Fransa, İtaliya, İspaniya və Almaniya aktivinə xal yazdırıb. Lakin bu, yerdəyişmə üçün kifayət etməyib.
Azərbaycan isə 28-ci pillədəki yerini qoruyub. Avrokuboklarda təmsilçisi qalmayan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsüm isə klublarımız 2,875 xal qazanıblar.
Qeyd edək ki, UEFA reytinqinə 106,624 xalla İngiltərə başçılıq edir. İtaliya (92,918) ikinci, İspaniya (88,025) üçüncü sıradadır.