"Rho Motion" araşdırma firmasının yaydığı məlumata görə, elektrik və plug-in hibrid avtomobillərin qlobal satışları yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 1,3 milyon ədəd təşkil edib. Avropa və ABŞ-da artım ötən ilin fevral ayından bəri ilk dəfə Çini ötüb.
Marja xəbər verir ki, "Rho Motion"ın məlumat meneceri Çarlz Lester, “Avropa avtomobil bazarı, Avropa Birliyində CO2 emissiyası hədəflərinin qüvvəyə minməsilə 2025-ci il üçün güclü bir başlanğıc edib. Çində Yeni il tətilləri isə ölkədə satışların aylıq 43% azalmasına səbəb olub", - deyib.
Dünyadakı hökumətlər elektromobilləri təşviq etmək üçün müxtəlif siyasətlər həyata keçirirlər.
Çin, elektrikli avtomobil satışlarının azalmasına qarşı çıxmaq və iqtisadi artımı stimullaşdırmaq üçün yanvar ayında genişləndirilmiş istehlakçı ticarəti sxeminin bir hissəsi olaraq avtomobil alışı subsidiyalarını 2025-ci ilə qədər uzadıb.
"Rho Motion" qeyd edib ki, tam elektriklə işləyən avtomobillərin və plug-in hibridlərin (PHEVs) qlobal satışlarının artım tempi üçüncü aydır yavaşlayır.
Çində satışlar illik müqayisədə 11,8 faiz artaraq aylıq 0,7 milyon ədəd təşkil edib.
Avropada satışlar 21 faiz artaraq 0,25 milyon ədəd olub.
ABŞ və Kanadada elektrikli avtomobil satışları yanvarda 22,1 faiz artaraq 0,13 milyon ədəd olub.
Dünyanın qalan hissəsində yanvar ayı satışları 50 faiz artıb.