![Makron](https://ulusum.az/uploads/posts/2025-02/eeef0c7b76_8bc55ebc-e887-11ef-aa8f-02420a0000c9_1024.webp)
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Pa-de-Kale bölgəsində yerləşən Monéjan villalarını satmağa hazırlaşırlar. “Ulusum”.az xəbər verir ki, Figaro-nun məlumatına görə, bu qərar evin izdihamlı bir yerdə yerləşməsi ilə bağlıdır, ailə isə daha sakit və dinc bir mühit arzulayır.Əmlak agentləri mövzu ilə bağlı şərh verməkdən imtina ediblər və potensial satıcılar və alıcılara hörmətlə yanaşdıqlarını bildiriblər. Yelisey sarayı isə məsələnin prezident cütlüyünün şəxsi həyatı ilə əlaqəli olduğunu qeyd edib.Məlumata görə, Brijit Makron villanı atasından miras alıb. 2011-ci ildə Makron binanın təmirinə görə 350 min avro məbləğində 15 illik kredit götürüb.Səidə
Diqqət Çəkənlər
İİV-ə yoluxma halları arta bilər
Rəsmi Bakı Paşinyana cavab verib
AQTA: Quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub