"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi ilə "Albatros Heltkeyr" MMC müqavilə bağlayıb.
Valyuta.az xəbər verir ki, müqavilə Respublika Pediatriya Mərkəzində klinik biokimya, hormon, seroloji, immunoloji, tam avtomatik mikroelisa müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması ilə bağlıdır.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 27 milyon 801 min 184 manatdır.
Qeyd edək ki, MMC- nin qanuni təmsilçisi Ağalarov Anar Fazil oğludur. Şirkət 2009-cu ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb.
Maya Hüseynova