Bakı. Trend:
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirnəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, ondan 8 kiloqram marixuana aşkarlanıb.
Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotikvasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər -Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərovsaxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlarbarəsində həbs qətimkan tədbiri seçilib.