AZ

“Bu gün daha biri azad olunacaq”

2021-ci ildən Rusiyada saxlanılan və dünən sərbəst buraxılan amerikalı Mark Foqeli Ağ Evdə qəbul edən ABŞ prezidenti Donald Tramp daha bir məhbusun bu gün sərbəst buraxılacağını təsdiqləyib.

Amerikalı müəllim Foqelin administrasiyasının Moskva ilə apardığı “çox ədalətli və çox ağlabatan” mübadilə sayəsində ABŞ-a qayıda bildiyini vurğulayan Respublikaçı prezident bu gün əlavə təfərrüatlar vermədən “sabah daha bir nəfərin azad ediləcəyini” bildirib.

Ağ Ev Rusiyada saxlanılan və dünən sərbəst buraxılan amerikalı Mark Foqelin ABŞ-a qayıtdığını və tezliklə prezident Donald Trampla görüşəcəyini açıqlamışdı. Ağ Evin “X” sosial platformadakı hesabında saytında Foqelin təyyarədən enərkən fotosunu və “Söz verdik və yerinə yetirdik” sözləri ilə birlikdə yerləşdirilib.

Seçilən
62
1
vaxt.az

2Mənbələr