AZ

Ukrayna 18 və daha yuxarı yaşda olan müqaviləli əsgərlərin xidmətə qəbuluna başladı


Ukraynada 18-25 yaş arası könüllülərin bir illik müqavilə əsasında orduya qəbulu başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Müqavilə 18-24” layihəsi çərçivəsində könüllülərə müqavilə imzalamaq üçün 1 milyon qrivna (24 min dollar) və aylıq 120 min qrivna (2,7 min dollar) mükafat vəd edilir.
Bundan əlavə, gənc müqaviləli əsgərlərə dövlət hesabına təhsil, 0% ipoteka və pulsuz tibbi xidmət təklif olunur.
Onlar həmçinin bir il xidmət etdikdən sonra xaricə getmək hüququ əldə edəcəklər.
Bundan əlavə, onlar müqavilə müddəti başa çatdıqdan sonra bir il müddətinə hərbi xidmətdən azad olunacaqlar.
Seçilən
20
1
yeniavaz.com

2Mənbələr