ABŞ milyarderi və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk müdafiəyə çox pul xərcləndiyini və belə davam edərsə, ABŞ-ın müflis ola biləcəyini söyləyib.
Editor.az xəbər verir ki, o, bu barədə DOGE-nin fəaliyyəti ilə bağlı qiymətləndirmələr edərkən deyib.
DOGE-nin məqsədinin demokratiyanı bərpa etmək olduğunu ifadə edən Musk deyib: “Əgər insanlar səs verə bilmirsə və iradələrini Prezident, Senat və Nümayəndələr Palatası kimi seçdikləri nümayəndələr tərəfindən təyin olunursa, o zaman biz demokratiyada deyil, bürokratiyada yaşayırıq”. Bürokratiyanın ictimaiyyət qarşısında məsuliyyət daşıması lazım olduğunu müdafiə edən Musk, büdcə kəsirinin aradan qaldırılması lazım olduğunu deyib. Musk büdcə kəsiri ilə bağlı heç bir tədbir görülməsə, ölkənin iflas edəcəyini də söyləyib.
//Gülnarə Abasova, Editor.az