AZ

İlham Əliyev: Bayden administrasiyasının ədalətsiz yanaşmasına baxmayaraq əlaqələrimiz çox uğurlu inkişaf edib

Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

O bildirib ki, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi:

"Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq".

Seçilən
0
20
report.az

10Mənbələr